“Ukraynada müharibənin davam etdirilməsinə şərait yaradanlar bunun bədəlini ödəməlidirlər”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaia Kalas sosial şəbəkədə yazır.
“Bu gün biz Kölgə Donanmasına, həmçinin Şimali Koreya rəsmilərinə və Moskva üçün pilotsuz təyyarələr istehsal edən Çin şirkətlərinə qarşı sanksiyaların 15-ci paketini qəbul etdik. Rusiyanın müharibə aparmaq imkanlarını məhdudlaşdırmaq üçün səylərimiz davam edir”, – Kaia Kalas qeyd edib.
Xatırladaq ki, bu gün Avropa İttifaqı Rusiyaya qarşı 54 fiziki şəxs və 30 təşkilatın daxil olduğu 15-ci sanksiya paketini qəbul edib. Yeni sanksiyalar paketi Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni və əsassız işğalçılıq müharibəsi aparmaq imkanlarını daha da məhdudlaşdırmaq məqsədi daşıyır.