• 24 Fevral 2025 06:56

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Ukraynada iki gürcü döyüşçü dünyasını dəyişib

ByTürkan Şahverdova

Fev 6, 2025
Another advertisement

Ukraynada iki gürcü döyüşçü öldürülüb.

QafqazTürk Media xəbər verir ki, bu məlumatı Ukraynada döyüşən gürcülər yayıb.

Vano Nadiradzenin sosial şəbəkədə yazdığına əsasən, dünən gürcü döyüşçülər Davit Dvalişvili və Mamuka Beriya dünyasını dəyişib.

“Uşaqlar dünən gecə onları cəbhə xəttindən çıxarmaq üçün əllərindən gələni etdilər. Döyüşdə həlak olan qəhrəmanlara həmd olsun”- Vano Nadiradze sosial şəbəkədə yazıb.

Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyindən təsdiqləyiblər. Xarici İşlər Nazirliyi bütün lazımi prosedurların tamamlanacağını bildirir.

Xatırladaq ki, Rusiyanın Ukraynada genişmiqyaslı müharibəsi 2022-ci ilin fevralında başlayıb.