Gürcü əsgərin taleyi

2

Ukraynada davam edən döyüşlərdə gürcüstanlı hərbçi Zurab Odişvili ölüb.

QafqazTürk.com xəbər verir ki, məlumatı “ilk dəfə “Çoxmillətli Könüllülər Birliyi”nin komandiri Lado Qamsaxurdia yayıb.

Xarici İşlər Nazirliyinin məlumatına görə, sözügedən faktla əlaqədar Gürcüstanın Ukraynadakı konsulluğuna məlumat verilib.

Məlumat üçün bildirək ki, Rusiyanın Ukraynaya təcavüzündən indiyədək ümumilikdə 43 gürcü hərbçi həlak olub.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Bu çayı içməklə təzyiqdən birdəfəlik xilas ola bilərsiniz
Öncəki yazı
“Sadaxlı” gömrük-keçid məntəqəsində külli miqdarda siqaret aşkar edilib