This is a specific ad

Ukraynada dövlət çevrilişi hazırlayan mütəşəkkil dəstə ifşa edilib

60

Another advertisement

Ukraynanın Təhlükəsizlik Xidməti ölkədə kütləvi iğtişaşlar və dövlət çevrilişi hazırlayan mütəşəkkil dəstənin üzvlərini həbs edib.

QafqazTürk.com xəbər verir ki, bu barədə xidmətin internet saytında məlumat verilib.

Bildirilib ki, qruplaşma ölkənin Konstitusiya Günü ərəfəsində hakimiyyətin zorla ələ keçirilməsi məqsədilə kütləvi iğtişaşların, eləcə də dövlət çevrilişinin həyata keçirilməsi üzrə xüsusi plan tərtib edib. Qruplaşmanın adı istintaq sirri olduğu üçün açıqlanmayan rəhbəri ətrafına topladığı şəxslərə Ali Radanın binasını ələ keçirmək, eləcə də həm yerli, həm də xarici kütləvi informasiya vasitələri ilə bu barədə məlumat yayıb əhalidə təşviş yaratmaqla bağlı tapşırıq verib.

Onların yaşadığı evlərdə aparılan axtarışlar zamanı çox sayda silah-sursat götürülüb.

Qeyd edək ki, yerli qanunvericiliyə əsasən, bu əmələ görə, 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Kateqoriya: Dünya
Sonrakı yazı
İlham Əliyev: “Böyük qayıdış sürətlənir”
Öncəki yazı
ილჰამ ალიევი: “დიდი დაბრუნება ჩქარდება”