This is a specific ad

Ukraynada daha iki gürcü döyüşçüsü həlak olub

17

Another advertisement

Ukraynada davam edən müharibədə daha iki Gürcüstan əsilli döyüşçü həlak olub.

QafqazTürk.com xəbər verir ki, bu barədə Ukraynada döyüşən digər gürcü döyüşçülər məlumat yayıblar.

Bildirilir ki, Donetsk istiqamətində hücum əməliyyatı zamanı həyatını itirən şəxslər -Ramaz Petlava və Beka Lomaşvilidir. Onların nəşinin yaxın günlərdə Gürcüstana gətiriləcəyi gözlənilir.

Bundan başqa, gürcü legionunun yaydığı məlumatda 9 gürcü döyüşçünün yaralandığı, onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsində indiyədək 53 Gürcüstan əsilli döyüşçü həyatını itirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Marneulidə “Şotaoba – 2023” qeyd olunacaq
Öncəki yazı
ABŞ Prezidenti və Çinin sədri görüşüblər.