This is a specific ad

Ukrayna XİN: İctimai tədbirdə Putin kimi hərbi cinayətkarla birgə iştirak etmək Ukraynaya qarşı əxlaqsız və qeyri-dost addımdır

92

Another advertisement

“Ukrayna mayın 9-da Moskvada, Qələbə günü ilə əlaqədar keçrilən tədbirdə müxtəlif ölkə liderlərinin iştirakını Ukraynaya qarşı qeyri-dost addım kimi qiymətləndirir,”

QafqazTürk xəbər verir ki, bu haqda Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatı Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərinin Moskvada keçirilən tədbirdə iştirakını nəzərdə tutur.

Ukrayna Xarici İşlər Nazirliyi qeyd edir ki, tədbir zamanı Rusiya prezidenti Vladimir Putin Ukraynanın şəhər və kəndlərinin dağıdılmasına haqq qazandırıb.

“Hesab edirik ki, bu dövlətlərin rəhbərlərinin paraddan bir gün əvvəl Ukrayna istiqamətində 25 qanadlı raket atmış hərbi cinayətkarın yanında ictimai tədbirdə iştirakı Ukraynaya qarşı əxlaqsız və qeyri-dostcasına addımdır. Bu xilas olmaq istəyən və azadlıq uğrunda mübarizə aparan Ukrayna xalqına nifrət təzahürüdür, ” – Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Sonrakı yazı
Marneulidə 9 May- faşizm üzərində qələbə günü qeyd olundu.
Öncəki yazı
NASA: 76 metrlik asteroid Yerə yaxınlaşır