This is a specific ad

Ukrayna “Vaqner”in qiyamına münasibət bildirib: “Hər şey yeni başlayır”

46

Another advertisement

“Rusiyada elitalar arasında parçalanma açıq-aydın görünür”.

QafqazTürk.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

“Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojinin silahlı qiyamına münasibət bildirən müşavir qeyd edib ki, tərəflərin razılığa gələrək problemi həll etmələri mümkün olmayacaq:

“Kimsə mütləq itirməlidir: Ya “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin, ya da qarşı tərəf. Rusiyada hər şey yeni başlayır”.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb: “Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir”.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.

Prezidentin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, güc strukturları Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Rusiya aviasiya qüvvələri “Vaqner”in hərbi kolonuna zərbələr endirirlər – VİDEO
Öncəki yazı
“Vaqner”in nəzarətinə keçən ROSTOV – FOTO/VİDEO