This is a specific ad

Ukrayna və Böyük Britaniya 100 illik tərəfdaşlığa dair tarixi saziş imzalayıblar

22

Another advertisement

Ukrayna mətbuatı xəbər verir ki, Ukrayna və Böyük Britaniya 100 illik tərəfdaşlığa dair tarixi saziş imzalayıblar.

Onların sözlərinə görə, saziş təhlükəsizlik əlaqələrini dərinləşdirmək və gələcək nəsillər üçün tərəfdaşlığı gücləndirmək məqsədilə imzalanıb.

Saziş Baltik, Qara və Azov dənizlərinin təhlükəsizliyini artırmaq və Rusiyanın davam edən təcavüzünün qarşısını almaq üçün yeni struktur vasitəsilə dəniz təhlükəsizliyi sahəsində hərbi əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

Müqavilə həmçinin Böyük Britaniyanın Ukrayna üçün enerji sektorunda, kritik əhəmiyyətli faydalı qazıntıların çıxarılmasında və ekoloji cəhətdən təmiz polad istehsalı strategiyasında prioritet tərəfdaş statusunu təmin edir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Avropa Parlamenti gələn həftə “Gürcüstanda siyasi iğtişaşlar” mövzusunda debat keçirəcək
Öncəki yazı
Sabaha olan valyuta məzənnəsi bəllidir