Another advertisement
Ukrayna və Rusiya mümkün kompromisləri müəyyən etmək üçün gizli danışıqlar aparır.
QafqazTürk Media xəbər verir ki, bu barədə “Die Zeit” qəzeti məlumat yayıb.
Bildirilir ki, danışıqlar enerji infrastrukturuna hücumlar, əsirlərin mübadiləsi, ukraynalı uşaqların qaytarılması və taxıl sazişinə yenidən baxılması ilə bağlı qarşılıqlı anlaşmaya yönəlib. Danışıqlar siyasi məsləhətçilər səviyyəsində aparılır və Krımın taleyi, tərəflərin güzəştə getməyə hazırlığı kimi məsələlərlə məşğul olur.