Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF – 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Ukraynanın “SpetsTechnoExport” şirkəti yeni pilotsuz dəniz vasitəsi “MAGURA V5″i təqdim edib.
QafqazTürk.com xarici KİV-ə istinadən xəbər verir ki, “MAGURA V5” çoxməqsədli pilotsuz suüstü gəmidir.
Tərtibatçıların fikrincə, gəmi müşahidə, kəşfiyyat, patrul, axtarış-xilasetmə və mina əməliyyatlarını həyata keçirməyə qadirdir.
Məlumata görə, gəminin maksimal sürəti 42 düyün (78 km/saat) təşkil edir.
Qeyd edək ki, 2022-ci ilin avqustunda şirkətin Ukraynadakı bölməsi pilotsuz uçuş aparatlarının istehsalı üzrə ixtisaslaşan Türkiyənin “Baykar” şirkəti tərəfindən yaradılıb. Şirkət Ukraynada zavodun tikintisinə hazırlıq barədə də məlumat yayıb. Orada “Bayraktar Akıncı” pilotsuz uçuş aparatının yığılacağı gözlənilir.
Bundan əlavə, Ukrayna tərəfi Almaniya, İtaliya, Fransa və Şərqi Avropa istehsalçıları ilə öz ərazisində silah istehsalı məsələsini müzakirə edir.