This is a specific ad

Ukrayna tezliklə Norveçdən F-16 təyyarəsi alacaq

15

Another advertisement

Ukrayna tezliklə Norveçdən F-16 təyyarəsi alacaq.

QafqazTürk Media xəbər verir ki, bu Ukraynanın müdafiə naziri Rustem Umerov norveçli həmkarı Byorn Arild Qramla görüşdən sonra sosial şəbəkədə açıqlayıb.

“Ukrayna-NATO Şurası zamanı mənim Norveçin müdafiə naziri Byorn Arild Qramm ilə ikitərəfli danışıqlarım olub. Mən Norveç hökumətinə və xalqına Ukraynaya göstərdikləri misilsiz dəstəyə görə təşəkkür etdim. Cəbhədəki vəziyyəti və xüsusilə uzaq məsafəli silahlara olan ehtiyaclarımızı müzakirə etdik.

Ayrı bir diqqət aviasiya komponentidir. Xüsusilə, F-16 döyüş təyyarələri ilə imkanlarımızı gücləndirmək vacibdir.

Norveç dəstəyini davam etdirəcək və yaxın gələcəkdə Ukraynaya altı təyyarə təqdim edəcək”, – Umerov yazıb.

 O qeyd edib ki, o, Norveçə Ukraynanın müdafiə sənayesinin birbaşa maliyyələşdirilməsini nəzərdə tutan “Danimarka modeli”nə qoşulmağı təklif edib.

Məlumat üçün bildirək ki, oktyabrın 7-də Niderlandın müdafiə naziri sayı göstərilməsə də, F-16 təyyarələrinin Ukraynaya təhvil verildiyini təsdiqləyib.

Sonrakı yazı
Gömrükdə malların idxalı və rəsmiləşdirilməsi qaydalarında dəyişikliklər edilib
Öncəki yazı
Tokayev BRİKS-dən imtina edib