This is a specific ad

Ukrayna Silahlı Qüvvələrinin sözçüsü: “Rusiya Baxmutda iri miqyaslı hücuma keçib”

56

Another advertisement

“Düşmən Baxmut istiqamətində maksimum fəallıq nümayiş etdirir. Son gün ərzində 23 toqquşma baş verib. Üstəlik, 4 dəfə havadan zərbə endirilib və bizim mövqelərimiz 35 dəfə artilleriya və reaktiv yaylım atəş sistemi ilə atəşə tutulub”.

QafqazTürk xəbər verir ki, Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Silahlı Qüvvələrinin Şərq cəbhəsi üzrə sözçüsü Sergey Çerevatıy bildirib.

“Son toqquşmalar zamanı 138 işğalçı öldürülüb, 182 nəfər isə yaralanıb. Ukrayna Rusiyaya məxsus “T-72”tankını, özüyeriyən artilleriya qurğusu olan “Qvozdika”nı, radioelektron mübarizə stansiyasını, 3 pilotsuz uçuş aparatını (PUA) və döyüş sursatlarının saxlanıldığı 3 anbarı məhv edib. Atışmaların miqyasından və məhv edilən döyüş sursatlarının saxlanıldığı anbarlarının sayından (dünən bu rəqəm 10 idi-red) göründüyü kimi, Rusiya qoşunlarında döyüş sursatları ilə bağlı “aclıqdan” söhbət belə gedə bilməz. Ümumiyyətlə, təkcə bizim istiqamətdə düşmən 25 min mərmidən istifadə edib”, – Sergey Çerevatıy qeyd edib.

“Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojin döyüş sursatları ilə bağlı “aclıq” məsələsini ortaya ataraq döyüş tapşırıqlarını yerinə yetirə bilmədiyini gizlətməyə çalışır. Birincisi, Ukrayna ordusu hər gün Baxmut istiqamətində 100-dən çox “vaqnerçi”ni və digər işğalçıları öldürür. İkincisi, onlar keçmiş məhbuslar hesabına öz sıralarını doldura bilmir, çünki məhbuslar ölümə getməkdən imtina edir. Onlar bunun bir istiqamətli “bilet” olduğunu anlayırlar.

Sonrakı yazı
Malidə partlayış olub, BMT-nin 7 sülhməramlısı yaralanıb
Öncəki yazı
86 il əvvəl dünyada ən iri sərnişin dirijablı qəzaya uğramışdır