This is a specific ad

Ukrayna Rusiya qazının Avropaya tranzitini dayandırıb

78

Another advertisement

Ukrayna Rusiya qazının Avropaya tranzitini dayandırıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı ölkənin təbii qaz tranzit sisteminin operatoruna əsaslanaraq yazır.

Ukraynanın təbii qaz tranziti sisteminin operatorunun sözlərinə görə, şirkət ilə “Qazprom” arasında 2019-cu il dekabrın 30-da imzalanmış müqavilə Kiyev vaxtı ilə saat 7:00-da başa çatıb.

“Operator müəyyən edilmiş qaydada beynəlxalq tərəfdaşları məlumatlandırıb. Buna görə də yanvarın 1-dən Ukraynanın qaz tranziti sistemi Rusiyanın qaz tranziti rejimində işləmir”, – Ukraynanın təbii qaz tranzit sisteminin operatoru bildirir.

Ukraynanın energetika naziri Qerman Qaluşenko Rusiya qazının Ukrayna tərəfindən tranzitinin dayandırılmasını tarixi hadisə adlandırıb. “Biz Rusiya qazının tranzitini dayandırdıq. Bu, tarixi hadisədir. Rusiya bazarlarını itirir, maliyyə itkiləri yaşayır. Avropa artıq Rusiya qazından imtina barədə qərar qəbul edib”, – deyə Ukraynanın energetika naziri bildirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Bu gündən Tbilisidə pik saatlarda nəqliyyatın hərəkətinə məhdudiyyət distribyutorlara da şamil ediləcək
Öncəki yazı
Bu gündən Mədəniyyət və İdman Nazirliyini bölən qanun qüvvəyə minib