This is a specific ad

Ukrayna qüvvələri Melitopol istiqamətində irəliləyir

51

Another advertisement

“Ukraynalı əsgərlər Melitopol istiqamətində 1,5 kilometr irəliləyiblər”.

QafqazTürk.com xəbər verir ki, bunu Ukraynanın Ərazi Müdafiə Qüvvələrinin Tavri diviziyasının nümayəndəsi Valeri Şerşen deyib. 

“Sistematik təzyiq nəticəsində müdafiə qüvvələri Tavriya istiqamətində uğurla irəliləyərək düşmən ərazisinin 1,5 kilometr dərinliyinə qədər irəliləyib. “Söhbət “Tavriya” qrupunun Melitopol istiqamətində uğurlu hücum əməliyyatlarından gedir”, – deyə Valeri Şerşen bildirib.

Onun sözlərinə görə, hazırda Ukrayna əsgərləri öz mövqelərində möhkəmlənməkdə davam edirlər. 

Valeri Şerşenin həmçinin qeyd edib ki, son 24 saat ərzində 146 işğalçı həlak olub, 229 nəfər yaralanıb, 4 nəfər isə əsir götürülüb. Həmçinin, Ukrayna qüvvələri qarşı tərəfin 15 hərbi texnikasını məhv edib.

Sonrakı yazı
“Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” qanuna dəyişiklik edilib – ƏTRAFLI
Öncəki yazı
Türkiyə lirəsi rekord həddə ucuzlaşdı