Ukrayna qazsız qala bilər  

58

Ukraynaya qaz tədarükü Transbalkan boru kəməri vasitəsilə dayandırılıb – buna Rumıniya və Moldova tərəfindən müəyyən edilmiş yüksək nəqliyyat tarifləri səbəb olub.

Bu məlumatı Ukraynanın Qaz Nəqli Sistemi Operatorunun keçmiş rəhbəri Serhiy Makohon təsdiqləyib. Onun sözlərinə görə, heç bir alıcı belə qiymətlərlə qaz almağa hazır deyil.

“Operatorlar tarifləri treyderlər üçün daha cəlbedici etməyənədək bu marşrutla aktiv tədarük mümkün olmayacaq”, – deyə Makohon bildirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
“Putin hələ də aldatmağa çalışır” – Ukrayna XİN rəhbəri  
Öncəki yazı
4 sentyabr tarixinə olan valyuta məzənnəsi məlumdur