Another advertisement
Ukrayna hava hücumundan müdafiə sistemləri üçün raketlərin birgə istehsalına dair memorandum imzalayıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye naziri German Smetanin bildirib.
“Thales Belgium” Ukrayna müdafiə şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb. Bu saziş düşmən PUA-larına qarşı birgə raketlərin istehsalını nəzərdə tutur. Bu əməkdaşlıq Ukraynanın hərbi-sənaye kompleksini və kritik infrastrukturun düşmən PUA-larından qorunmasını gücləndirəcək” – nazir ifadə edib.