This is a specific ad

Ukrayna Priqojinin Vaqnerin Baxmutu tam işğal etməsi barədə xəbərini təkzib edir – UKRAYNADA SON VƏZİYYƏT

99

Another advertisement

Ukraynanın müdafiə nazirinin müavini Anna Maliar və Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupunun sözçüsü polkovnik Sergi Çerevat, “Vaqner Qrup” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin onun qüvvələrinin tam şəkildə Baxmut şəhərini işğal etdiyi barədə yayılmış məlumatını təkzib edirlər.

Onlar qeyd edirlər ki, Ukrayna qüvvələri hələ də şəhərin Konstantinovka tərəfdən giriş hissəsində mövqelərini saxlayır.

“Baxmutda ağır döyüşlər gedir. Vəziyyət kritikdir. Eyni zamanda, Litak rayonunda hərbçilərimiz müdafiəni davam etdirir. Hazırkı vəziyyətdə mühafizəçilərimiz bu rayonda müəyyən sənaye və infrastruktur obyektlərinə və özəl sektora nəzarət edirlər.” Maliar qeyd edib.

“Bu doğru deyil. Bizim bölmələr Baxmutda döyüşür” – Həmçinin Çerevati “Reuters” agentliyinə bildirib.

Xatırladaq ki, “Vaqner Qrup” özəl hərbi şirkətinin təsisçisi, rusiyalı oliqarx Yevgeni Priqojin Baxmut şəhərinin onun qüvvələri tərəfindən tam zəbt edildiyini bildirən video yayımlayıb. Qeyddə o, həmçinin bildirib ki, onun qüvvələri mayın 25-dək burada qalacaq. Sonra isə istirahət və təlim üçün yola düşərək mövqeləri Rusiya silahlı qüvvələrinə təhvil verəcək.

Sonrakı yazı
Tbilisidə “Qafqazda sülh” adlı musiqi festivalı keçirilib
Öncəki yazı
Gürcüstan Prezidenti Rusiyaya uçuşlara görə “Georgian Airways”ə qarşı boykot elan edib – DETALLAR