Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtondadır

24

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Vaşinqtona çatıb və ABŞ prezidenti Donald Trampla görüşəcək. O, Trampa dəvət üçün təşəkkür edib və vurğulayıb ki, məqsəd müharibənin “sürətli və etibarlı” şəkildə başa çatdırılmasıdır. Zelenskinin sözlərinə görə, sülh uzunmüddətli olmalı və Rusiyanın yeni hücumları üçün zəmin yaratmamalıdır.

Məlumata görə, Vaşinqtona həmçinin NATO baş katibi Mark Rutte, eləcə də Avropa liderləri – Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Corcia Meloni, Almaniya kansleri Fridrix Mers, Finlandiya prezidenti Aleksandr Stub və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də səfər edəcəklər.

Öncəki yazı
16 avqust tarixinə olan valyuta məzənnəsi məlumdur