Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna ordusunun Kurskda əməliyyatının bitdiyini bəyan edib

6

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna ordusunun Kurskda əməliyyatının bitdiyini bəyan edib.

Rusiya mətbuatına əsasən, bu addım Ukrayna ordusunun nəzarətindəki Suca şəhərinin Rusiya ordusu tərəfindən azad olunmasından sonra atılıb.

Martın 14-də Ukrayna lideri jurnalistlərə açıqlamasında Kursk vilayətindəki əməliyyatın məqsədinin Rusiyanın Pokrovsk, Xarkov və Sumı istiqamətlərindən qoşunlarını çəkməsi olub:

“Məncə əməliyyat məqsədinə çatıb”.

Xatırladaq ki, Ukrayna ordusu Kursk vilayətinə 2024-cü ilin avqustunda hücum edib. Nəticədə vilayətin bir hissəsi, o cümlədən 5 min əhalisi olan Suca şəhəri Ukrayna ordusunun nəzarətinə keçib.

Zelenski bundan öncə Kursk vilayətində ələ keçirilən ərazilərin Rusiya ilə digər işğal olunmuş ərazilərin mübadiləsi üçün istifadə ediləcəyini açıqlayıb.

Öncəki yazı
Kaxetidə 70 yaşlarında kişi üzüm bağında yanaraq ölüb