Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfərini təxirə salıb

90

Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfərini təxirə salıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə V.Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə sonra mediaya açıqlamasında deyib.

“Orada kimin qalacağını və kimin gedəcəyini, kimin hara hazırlaşdığını bilmirəm. Düzünü desəm, əhəmiyyət vermirəm. Partnyorlarımızın bizim haqqımızda lazımsız nəsə düşünməsi məni maraqlandırmır. Biz tamamilə dürüst və səmimiyik. Mən heç bir təsadüf istəmirəm. Buna görə də Səudiyyə Ərəbistanına getməyəcəyəm. Səudiyyə Ərəbistanındakı tərəfdaşlarımızla əlaqə saxladıq.Mənim Əlahəzrətlə, Məhəmmədlə çox yaxşı münasibətim var. Biz indicə əlaqə saxladıq və razılaşdıq ki, martın 10-da rəsmi səfər edəcəyəm”, – deyə Zelenski bildirib.

Sonrakı yazı
Ərdoğandan Zelenski ilə görüşdən sonra açıqlama…
Öncəki yazı
Vladimir Zelenski – Mən Rusiyanın ultimatumlarına təslim olmaq fikrində deyiləm