Ukrayna prezidenti Volodimir Zelenski Raçada baş verən təbii fəlakətlə əlaqədar gürcü ictimaiyyətinə başsağlığı verib.
Qafqaztürk.com xəbər verir ki, bu barədə Zelenski “Twitter”də gürcü dilində bəyanat yayıb.
“İnsanların həyatına son qoyan təbii fəlakətlə əlaqədar Gürcüstan cəmiyyətinə, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk və dağlıq Raça bölgəsində baş verən sürüşmə nəticəsində xəsarət alanların hamısının tezliklə sağalmasını arzulayırıq”, – Zelenski Twitter-də yazıb.
Məlumat üçün bildirək ki, Şovda təbii fəlakət nəticəsində ölənlərin sayı 11-ə çatıb. Hazırda təbii fəlakət zonasından 210 nəfər təxliyə edilib. Şovda baş verən faciə ilə əlaqədar avqustun 7-si matəm günü elan edilib. Şovda avqustun 3-də sürüşmə baş verib.