This is a specific ad

Ukrayna Polşaya nota göndərəcək

242

Another advertisement

“Boksçu Oleksandr Usıkə qarşı hərəkətləri qeyri-mütənasib və qəbuledilməz hesab edirik və Polşa tərəfinə müvafiq nota göndərəcəyik”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

“Baş konsulumuz mənə təfərrüatları bildirdi, çempionumuza qarşı belə hərəkətləri qeyri-mütənasib və qəbuledilməz hesab edirik və Polşa tərəfinə müvafiq nota göndərəcəyik”, – Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Onun sözlərinə görə, o, Usıkın Krakov hava limanında həbsinə dərhal reaksiya verib və onun azadlığa çıxmasına töhfə verib.

Xatırladaq ki, ukraynalı boksçu, dünya çempionu Aleksandr Usık sentyabrın 17-də axşam saatlarında Krakov hava limanında polis tərəfindən həbs edilib. Ukrayna prezidenti Vladimir Zelenski Usık ilə telefonla danışıb və onun azadlığa buraxıldığını bildirib. Usıkın sözlərinə görə, saxlanıldığı Krakov hava limanında anlaşılmazlıq olub və ukraynalı diplomatlara dəstəyə görə təşəkkür edib.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
Gürcüstanda yaşayış üçün müavinət alanların sayı artıb
Öncəki yazı
Ağır çanta daşımaq məsləhət görülmür-Pediatrın tövsiyəsi