This is a specific ad

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib

16

Another advertisement

Ukrayna ordusunun hərbi birləşmələri uğurlu əks-hücum əməliyyatları zamanı Donetsk vilayətinin Neskuçne, Blaqodatnı və Makarovka yaşayış məntəqələrini Rusiya hərbçilərindən azad ediblər.

Qafqaztürk “RBC-Ukraina”ya istinadən məlumatına görə, bu barədə 7-ci əlahiddə AREY UDA batalyonu feysbukda xəbər yayıb.

Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiə qüvvələrinin 129-cu briqadasının Könüllülər Ordusunun “AREY” 7-ci əlahiddə batalyonu mayor Aleksandr Qrişukun komandanlığı ilə Volnovaksk rayonunun Velikonovoselkovska qəsəbə icmasının Neskuçne kəndini azad edib”, – məlumatda bildirilir.

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Blaqodatnının Rusiya hərbçilərindən azad edildiyini rəsmən təsdiqləyib.Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqram kanalında hücumun həyata keçirildiyi istiqamətlər barədə danışaraq, Ukrayna qoşunlarının Baxmut bölgəsində hücum əməliyyatlarını davam etdirdiyini qeyd edib.

“Berxovsk su anbarı ərazisində uğur var. Biz 250 metr irəliləmişik”, – o bildirib.

Bundan əlavə, Malyar bildirib ki, cənubda “iki istiqamətdə 300 metrdən 1 500 metrə qədər irəliləyiş var”.

“Blaqodatnı və Makarovka yaşayış məntəqələri işğaldan azad edilib”, – nazirliyin sözçüsü bildirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Antalyada avtobus qəzaya uğrayıb, on nəfər yaralanıb
Öncəki yazı
Rusiya taktiki nüvə silahlarını bu ölkədə yerləşdirəcək