Ukrayna nümayəndə heyəti Türkiyədə danışıqlar aparacaq

40

Ukrayna nümayəndə heyəti rəsmi danışıqlar aparmaq məqsədilə Türkiyəyə səfər edib. Danışıqlar ilkin olaraq Ankarada, daha sonra isə İstanbulda keçiriləcək.

Bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko sosial şəbəkə hesabında məlumat verib.

“Ukrayna nümayəndə heyəti artıq Türkiyədədir. Danışıqlar əvvəlcə Ankarada, sonra isə İstanbulda davam etdiriləcək”, – deputat bildirib.

Sonrakı yazı
24 iyul tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Kvemo Kartlidə içməli su və kanalizasiya ilə bağlı problemlər müzakirə olunub