İyulun 11-12-də Vilnüsdə təşkil olunacaq NATO sammitində Ukrayna-NATO Şurasının ilk iclası keçiriləcək.
QafqazTürk “Reporta” istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
“Vilnüs sammiti NATO-Ukrayna Şurasının dövlət və hökumət başçıları səviyyəsində ilk iclası olacaq. Beləliklə, Kiyevə Alyansın bu orqanının masasında bərabər yer veriləcək”, – Almaniyanın Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Onun sözlərinə görə, Ukrayna-NATO Şurası ölkənin Alyans daxilindəki proseslərə və strukturlara uyğunlaşması istiqamətində böyük addımdır.
Pistorius onu da əlavə edib ki, Şimali Atlantika Alyansı heç bir halda Rusiyanın Ukraynaya qarşı müharibəsində münaqişə tərəfinə çevrilməyəcək. Ona görə də Ukraynanın üzvlüyü ilə bağlı suala yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra cavab vermək mümkün olacaq.