This is a specific ad

Ukrayna NATO-nun 33-cü üzvü ola bilər

263

Another advertisement

“Ukrayna bütün diqqətini ölkəni NATO-ya dəvət etməyə cəmləyib, bu, çox vacib addımdır, lakin nail olmaq çətindir”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski NATO-nun baş katibi Mark Rutte ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Bununla belə, Zelenski bu tapşırığı real hesab etdiyini və Ukraynanın bunun üzərində işləməyə davam edəcəyini vurğulayıb.

“Biz bunu əldə etmək üçün hər şeyi edəcəyik”, – deyən prezident əlavə edib ki, Ukraynanın əsas məqsədi dəyişməz qalır – alyansa tam üzv olmaq.

“Bizim məqsədimiz Ukraynanın alyansa tamhüquqlu üzvlüyüdür, Ukrayna NATO-nun 33-cü üzvü ola bilər, ukraynalılar buna layiqdirlər”, – deyə Vladimir Zelenski vurğulayıb.

Məlumat üçün bildirək ki, Mark Rutte bu gün NATO-nun baş katibi kimi ilk səfəri üçün Ukraynaya gəlib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Qatığın bilinməyən faydaları və zərərləri
Öncəki yazı
Son bir ildə bu ölkədə milyarderlərin sayı artıb