Ukrayna Moldovadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyacaq.
Ukrayna İqtisadiyyat Nazirliyinin müavini Taras Kaçka, rəsmi Kişinyovun Ukrayna taxılının və yağlı bitkilərin, o cümlədən buğda və günəbaxanın idxalına mümkün məhdudiyyətlər tətbiq etməsinə cavab olaraq Kiyevin Moldova istehsalçılarından məhsulların alınmasına qadağa qoymağa hazır olduğunu açıqlayıb.
Taras Kaçka Moldovanın qərarını qeyri-dost addım adlandırıb və bəyan edib ki, cavab olaraq Moldovadan importu tamamilə dayandıracaqlar. “Biz Kişinyova məlumat verdik ki, Moldova tərəfindən istənilən məhdudiyyət son dərəcə qeyri-dost addım hesab olunacaq və Moldovadan bütün idxallara dərhal qadağa qoyulmasına səbəb olacaq”, – Kaçka “European Pravda”nın Ukrayna nəşrinə müsahibəsində bildirib.