This is a specific ad

Ukrayna Moldovadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyacaq

31

Another advertisement

Ukrayna Moldovadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyacaq.

Ukrayna İqtisadiyyat Nazirliyinin müavini Taras Kaçka, rəsmi Kişinyovun Ukrayna taxılının və yağlı bitkilərin, o cümlədən buğda və günəbaxanın idxalına mümkün məhdudiyyətlər tətbiq etməsinə cavab olaraq Kiyevin Moldova istehsalçılarından məhsulların alınmasına qadağa qoymağa hazır olduğunu açıqlayıb.

Taras Kaçka Moldovanın qərarını qeyri-dost addım adlandırıb və bəyan edib ki, cavab olaraq Moldovadan importu tamamilə dayandıracaqlar.

“Biz Kişinyova məlumat verdik ki, Moldova tərəfindən istənilən məhdudiyyət son dərəcə qeyri-dost addım hesab olunacaq və Moldovadan bütün idxallara dərhal qadağa qoyulmasına səbəb olacaq”, – Kaçka “European Pravda”nın Ukrayna nəşrinə müsahibəsində bildirib.

Xatırladırıq ki, çərşənbə axşamı, mayın 2-də Avropa Komissiyası (AK) Ukraynadan müəyyən taxıl bitkilərinin idxalına qadağa qoyulması layihəsinin tam hazır olduğunu bəyan edib. Belə ki, Ukrayna ərzaq məhsullarının bir sıra Avropa ölkələrinə daşınması bu olkələrin kənd təsərrüfatı iqtisadiyyatında böhrana səbəb olur. AK-nin fikrincə, Ukrayna ərzaq məhsulları həqiqətən ehtiyac duyulan ölkələrə logistik marşrutlar üzrə hərəkət etməlidir. Qadağa mayın 2-dən qüvvəyə minib və bu il iyunun 5-dək davam edəcək.

Sonrakı yazı
Netanyahu İsraildə zərərsizləşdirilən və ya saxlanılan terrorçuların rekord sayını açıqlayıb
Öncəki yazı
Ərdoğanın İstanbul mitinqində 1,7 milyon nəfər iştirak edib