Ukrayna Kursk vilayətində daha bir strateji əhəmiyyətli körpünü məhv edib

115

Another advertisement

Ukrayna ordusu Kursk vilayətinin Zvannoe kəndi ərazisində Seym çayı üzərindəki daha bir körpünü məhv edib.

QafqazTürk Media bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata əsasən, Qluşkovski rayonunun Zvannoye kəndi yaxınlığında Seym çayı üzərindəki bu körpü rus qoşunlarının təchizatı üçün strateji əhəmiyyət kəsb edirdi.

Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk bildirib ki, Ukrayna Silahlı Qüvvələri dəqiq zərbələrlə “Rusiya ordusunu logistika imkanlarından məhrum etməkdə” davam edir. Onun sözlərinə görə:

“Avqustun 16-da Ukrayna Silahlı Qüvvələri artıq Kursk vilayətində Seym üzərindən Rusiya hərbçilərinin təchiz olunduğu körpünü dağıdıb. Qluşkovski rayonunda ikinci körpünün zədələnməsindən sonra Seym üzərindən hərbi yüklərin daşınması üçün istifadə edilə bilən yalnız Karıj kəndi yaxınlığında bir keçid qalır. O, zədələnərsə, ərazi təchizatdan tamamilə məhrum olacaq. Bundan əlavə, körpülərin istismarının dayandırılması Ukrayna Silahlı Qüvvələrinin hücum bölgələrindən mülki əhalinin təxliyəsini xeyli çətinləşdirəcək.”

Məlumat üçün bildirək ki, Ukrayna ordusu avqustun 6-da Rusiyanın Kursk vilayəti ərazisinə daxil olub. Həmin gündən bölgədə döyüşlər davam edir. Ukrayna Silahlı Qüvvələri onlarla yaşayış məntəqəsinə, o cümlədən rayon mərkəzi Sudjaya nəzarət etdiyini iddia edir.
Bununla belə, Kursk vilayətində federal fövqəladə vəziyyət elan edilib. Hazırda bölgədən 100 mindən çox insan təxliyə edilib. Evakuasiya Belqorod vilayətinin Ukrayna ilə həmsərhəd ərazilərində də aparılır.

Sonrakı yazı
მარნეულის მუნიციპალიტეტის სოფელ წერეთელში, შიდა გზების სარეაბილიტაციო სამუშაოები აქტიურად მიმდინარეობს. პროექტის ფარგლებში დაიგება ორ ფენიანი 1 500 მ სიგრძის ასფალტის საფარი და მოეწყობა სანიაღვრე არხებ
Öncəki yazı
რატომ აკურთხებენ ფერისცვალებას ტაძრებში ხილს