Rusiya Şimali Koreya vətəndaşlarından ibarət xüsusi Buryat batalyonu yaradır. Şimali Koreyalılar Rusiya Federasiyası Ordusunun 11-ci Əlahiddə Hava Döyüş Briqadasının tərkibində xidmət edir. Bu batalyonun şəxsi heyətinin təxmini sayı 3000 nəfərə yaxındır. İndi hərbçilər silah və sursatla təmin olunur.
QafqazTürk Media xəbər verir ki, Kəşfiyyat rəsmilərinin fikrincə, sözügedən xüsusi batalyon Ukrayna silahlı qüvvələri ilə Rusiya ordusu arasında döyüşlərin getdiyi Suca və Kursk yaxınlığındakı döyüş tapşırıqlarına cəlb oluna bilər.
Bir neçə gün əvvəl Cənubi Koreyanın müdafiə naziri Kim Yonq-hyun Şimali Koreyanın Ukraynaya ordusunu göndərə biləcəyini bildirib.
Şimali Koreya qoşunlarının müəyyən kontingentinin artıq Ukrayna torpaqlarında – işğal olunmuş ərazilərdə olması barədə məlumatlar yayılır.
Ukrayna prezidenti Vladimir Zelenski Şimali Koreyanın faktiki olaraq Rusiyanın Ukraynaya qarşı müharibəsinə qoşulduğunu bəyan edib.