This is a specific ad

Ukrayna İranı Beynəlxalq Məhkəməyə verəcək 

86

Another advertisement

Ukrayna və beynəlxalq koordinasiya qrupunun digər üzvləri İrana qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldıracaq.
QafqazTürk.com xəbər verir ki,iddia Ukrayna Beynəlxalq Hava Yollarının 2020-ci ildə vurulmuş təyyarəsi ilə bağlı olacaq.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenko “Facebook”da məlumat verib.
O, bildirib ki, koordinasiya qrupuna Kanada, İsveç, Böyük Britaniya kimi ölkələr də daxildir.
Xatırladaq ki, 2020-ci il yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə Tehran səmasında İran hərbçiləri tərəfindən vurulub. Qəzanın qurbanları, Ukrayna vətəndaşları da daxil olmaqla 167 sərnişin və 9 ekipaj üzvü olub.

Kateqoriya: Dünya
Sonrakı yazı
Rusiya idmançıları dünya çempionatında yenidən iştirak edə bilməyəcəklər
Öncəki yazı
Priqojinin qiyamının əsl səbəbi məlum olub