This is a specific ad

Ukrayna-Gürcüstan millisi arasında keçirilən görüş başa çatıb

228

Another advertisement

UEFA “Millətlər Liqası”nın beşinci turunda Gürcüstan və Ukrayna milli futbol komandaları arasındakı matç 1:1 hesabı ilə başa çatıb.

QafqazTürk Media xəbər verir ki, görüşün ilk yarısı Ukrayna millisinin üstünlüyü ilə – 1:0 hesabında yekunlaşıb və  ilk qolu gürcü futbolçu Saba Kvirkveliya öz qapısına vurub.

Görüşün ikinci qolunu isə Gürcüstan millisinin xeyrinə 77-ci dəqiqədə Giorgi Mikautadze vurub.

Hazırda Gürcüstan milli komandası Millətlər Liqasının B1 qrupunda birinci yerdədir. Bugünkü rəqibi olan Ukrayna isə 5 xalla hələ də sonuncu yerdə qalır.

Məlumdur ki, UEFA Millətlər Liqasının B1 qrupunda Çexiya millisinin 7, Albaniya millisinin isə 6 xalı var.

 

Kateqoriya: Cəmiyyət, Dünya
Sonrakı yazı
Gürcüstan “Junior Eurovision 2024” ün qalibi olub
Öncəki yazı
Prezidentin xalqa müraciəti təxirə salınıb