This is a specific ad

“Ukrayna Fransa prezidenti Emmanuel Makronun ölkə ərazisinə xarici qoşunların yerləşdirilməsi ilə bağlı təklifini NATO-ya daxil olana qədər nəzərdən keçirməyə hazırdır”-Vladimir Zelenski

44

Another advertisement

Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Ukrayna Fransa prezidenti Emmanuel Makronun ölkə ərazisinə xarici qoşunların yerləşdirilməsi ilə bağlı təklifini ölkə NATO-ya daxil olana qədər nəzərdən keçirməyə hazırdır.

QafqazTürk Media xəbər verir ki, Vladimir Zelenski bunu Kiyevdə Almaniyanın “Xristian Demokratik İttifaqı” (CDU) lideri Fridrix Mertz ilə görüşdən əvvəl söyləyib.

Onun sözlərinə görə, Parisdə Fransa prezidenti Emmanuel Makron və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşü zamanı onlardan Ukraynanın NATO-ya daxil olmamışdan əvvəl hansı təhlükəsizlik təminatlarına malik olacağını soruşub.

“Düzünü desəm, biz Emmanuel Makronun təklifi üzərində düşünə və işləyə bilərik. Xatırladaq ki, o, bu və ya digər ölkənin qoşunlarının bir hissəsinin Ukraynanın müəyyən ərazilərində olmasını təklif edib ki, bu, Ukrayna NATO-ya daxil olana qədər təhlükəsizliyimizin təminatı olacaq. Bundan əvvəl biz aydın başa düşməliyik ki, Ukrayna nə vaxt Aİ-də, nə vaxt NATO-da olacaq”, – deyə Zelenski bildirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Başın sağ olsun, Türkiyə!
Öncəki yazı
“Gürcüstan rəhbərliyinə hücumlar davam edə bilər”-Mixail Qaluzin