• 30 Noyabr 2023 01:39

Ukrayna Belarus və Rusiya ilə sərhədlərin mühafizəsində əməkdaşlığa dair memorandumdan çıxıb

Avatar photo

BySalo Salahlı

May 12, 2023

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Belarus və Rusiya ilə dövlət sərhədlərinin mühafizəsi sahəsində əməkdaşlığa dair Memorandumdan çıxması, eləcə də Rusiya ilə sərhəd məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında sazişin ləğvi haqqında fərman imzalayıb.

Qafqaztürk xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin saytında dərc olunan sənəddə deyilir.

“1994-cü il aprelin 15-də Moskvada bağlanmış Belarus Respublikası, Rusiya Federasiyası və Ukraynanın dövlət sərhədlərinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Memorandumdan çıxılsın. 1994-cü il avqustun 3-də Odessada imzalanmış Ukrayna və Rusiya Federasiyası arasında sərhəd məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında sazişə xitam verilsin. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir”, – sənəddə yazılıb.

41630cookie-checkUkrayna Belarus və Rusiya ilə sərhədlərin mühafizəsində əməkdaşlığa dair memorandumdan çıxıb