This is a specific ad

Ukrayna Baş Qərargahı: Müharibə başlayandan bəri Rusiya Ukraynada 178 820 əsgər itirib

22

Another advertisement

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, müharibə başlayandan Rusiya 178 820 ukraynalı əsgərini itirib.

Baş Qərargahı məlumatına görə, Ukrayna tərəfi Rusiyanın həmçinin müxtəlif hərbi texnikasını məhv edib. Məhv edilmiş hərbi texnikanın siyahısı:

  • Tank – 3637
  • Zirehli maşınlar – 7028
  • Artilleriya sistemi – 2750
  • Reaktiv yaylım atəş sistemi  – 534
  • Hava hücumundan müdafiə sistemi – 282
  • Təyyarə – 307
  • Helikopter – 292
  • Operativ-taktiki pilotsuz uçuş aparatı – 2323
  • Kruiz raketi – 911
  • Gəmi/qayıq – 18
  • Avtomobil və yanacaq çəni – 5607
  • Xüsusi texnika – 311

Qeyd edək ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynanı işğal edib. Rusiya hərbi qüvvələri minlərlə mülki vətəndaşın həyatına son qoyub. 10 milyondan çox insan isə qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Sonrakı yazı
Bu gün hökumət iclası keçirilib – Nələr müzakirə edildi?
Öncəki yazı
Kiber təqibçilər kimdir və onlar sizin rəqəmsal təhlükəsizliyinizə necə zərər verə bilər?