This is a specific ad

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi əks-hücumun tezliklə başlanılacağını açıqlayıb

83

Another advertisement

Ukrayna əks-hücuma keçmək üçün lazımi minimum silaha malikdir. Lakin işğalçıları ərazilərdən sıxışdırıb çıxarmaq üçün daha çox silah, o cümlədən Qərb qırıcıları lazımdır.

Qafqaztürk xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Yaponiyanın NHK telekanalına müsahibəsində bildirib.

“Bir çox dinc sakin hələ də Rusiyanın işğalı altındadır və artıq itirməyə vaxtımız yoxdur. Bizdə artıq lazımi minimum silah var. Yalnız onu deyə bilərəm ki, bu (əks-hücum – red.), tezliklə başlanılacaq”, – Budanov vurğulayıb.

Eyni zamanda o, işğal olunmuş ərazilərin azad edilməsi üçün ölkəsinin daha çox silah, xüsusən də qırıcılara gərək duyduğunu diqqətə çatdırıb:

“Biz Rusiyanı öz ərazimizdən çıxarmalıyıq. Bu məqsədə çatmaq üçün bütün güc və vasitələrdən istifadə etməliyik. Əməliyyatı uğurla uzatmaq üçün bizə böyük silah və sursat ehtiyatı lazımdır”.

Kateqoriya: Region
Sonrakı yazı
Gürcüstan prezidenti Salome Zurabişvili 13 məhkumu əfv edib
Öncəki yazı
İrakli Ğaribaşvili Qətər əmiri Şeyx Tamim bin Hamad bin Xəlifə El-Sani ilə görüşüb