This is a specific ad

Ukrayna aviasiyası Rusiya Silahlı Qüvvələrinin cəmləşdiyi ərazilərə 14 zərbə endirib

99

Another advertisement

Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində Rusiyanın şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə 5-i zenit-raket sistemlərinə olmaqla, 14 zərbə endirib.

Qafqaztürk “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bundan əlavə, “Orlan-10” tipli 2 kəşfiyyatçı PUA vurulub.Raket qoşunları və artilleriya bölmələri 1 komanda məntəqəsi, 6 canlı qüvvənin cəmləşdiyi ərazi, 2 sursat anbarı, 2 yanacaq-sürtkü anbarı, 2 hava hücumundan müdafiə sistemi və daha 2 strateji əhəmiyyətli hədəfi vurub.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Kareli bələdiyyəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində patrul polis xidmətinin iki əməkdaşı həlak olub
Öncəki yazı
Almaniya Maliyyə Nazirliyi: Hazırda Rusiyanın 5,2 milyard avrodan çox aktivi dondurulub