Another advertisement
Qanun layihəsinə izahat yazısında qeyd olunur ki, ölkədə rəsmi səviyyədə, rəsmi yazışma və ünsiyyətdə, eləcə də KİV-də Gürcüstanın əvəzinə Sakartvelo rəsmi və tarixi adı təqdim edilməlidir.
Həmçinin gürcü xalqının rəsmi olaraq Kartvellər adlandırılması təklif edilir.
Qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu addım Kiyev və Tbilisini bir-birinə yaxınlaşdırmaqla yanaşı, ölkənin “ruslaşmış” adından da xilas olacaq.
2021-ci ildə Litva Dili üzrə Dövlət Komissiyası rəsmi olaraq Gürcüstanı Sakartvelo adlandırıb.