This is a specific ad

Ukrayna ABŞ-dan Rusiyanın dondurulmuş aktivlərinin 20 milyard dollarından ilk hissəni alıb

36

Another advertisement

Ukrayna ABŞ-dan Rusiyanın dondurulmuş aktivlərinin 20 milyard dollarından ilk hissəni alıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmiqal özünün X səhifəsində yazır.

“Ukrayna ABŞ-dan 1 milyard dollar alıb ki, bu da Rusiyanın dondurulmuş aktivləri hesabına təmin olunub. Bu, ABŞ-ın “Böyük Yeddilik” təşəbbüsü çərçivəsində köçürmək niyyətində olduğu planlaşdırılan 20 milyard dolların birinci hissəsidir. Biz ədalətə doğru bu mühüm addıma görə amerikalı tərəfdaşlarımıza və Dünya Bankına minnətdarıq. Biz Rusiyanın bütün suveren aktivlərinin müsadirə ediləcəyini və Ukraynanın yenidən qurulması üçün istifadə ediləcəyini gözləyirik”, – Şmiqal yazıb.

Sonrakı yazı
Tbilisidə etiraz aksiyası davam edir
Öncəki yazı
Gürcüstan hökumətinin qərarına əsasən, yanvarın 3, 6, 8, 9 və 10-u qeyri-iş günü elan edilib