This is a specific ad

Ukrayna əsgərləri Rusiyanın Kursk vilayətini mühasirəyə alıb

203

Another advertisement

Rusiyanın Kursk vilayətində fövqəladə vəziyyət elan edilib.

QafqazTürk Media xəbər verir ki, bu barədə vilayət qubernatorunun səlahiyyətlərini icra edən Aleksey Smirnov məlumat verib.

“Mən düşmən qüvvələrin region ərazisinə daxil olmasının nəticələrini aradan qaldırmaq üçün avqustun 7-dən fövqəladə vəziyyət elan etmək qərarına gəldim”, – qubernator “Telegram”ın şəxsi kanalında yazıb.

Smirnovun sözlərinə görə, rayonun sərhədyanı ərazilərində əməliyyat vəziyyəti ağır olaraq qalır.

Mətbuatda Ukrayna qüvvələrinin Rusiyanın Kursk vilayətində bir neçə yaşayış məntəqəsini zəbt etdiyi bildirilirdi. “Telegram” kanallarında rayonda yüzlərlə Ukrayna əsgərinin olduğu barədə xəbərlər yayılıb. Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, Kursk vilayətində baş verən hadisələr Ukrayna tərəfindən “genişmiqyaslı təxribatdır”. Rusiya prezidentinin sözlərinə görə, rayonda müxtəlif növ silahlardan, o cümlədən raket silahlarından “seçkisiz atışma” aparılır. Ukrayna tərəfi hadisələrin inkişafı ilə bağlı hələlik rəsmi şərh verməyib.

Kateqoriya: Dünya
Sonrakı yazı
2008 წლის რუსეთ-საქართველოს ომის მე-16 წლისთავთან დაკავშირებით, დაღუპულთა ხსოვნის პატივსაცემად, ქვემო ქართლში სახელმწიფო რწმუნებულის ადმინისტრაციის შენობაზე სახელმწიფო დროშა დაეშვა
Öncəki yazı
Antarktidada yeni maksimum temperatur qeydə alınıb