Another advertisement
UEFA Avropa çempionatında təmsil olunan milli futbol assosiasiyalarını turnirin qrup mərhələsində 1,2 milyon avrodan çox cərimələyib.
Qafqaztürk.com yerli mətbuata istinadən xəbər verir ki, oyundan əvvəl Dortmunddakı stadionda gürcü və türk azarkeşlər arasında baş verən davadan sonra UEFA Gürcüstan Futbol Federasiyasını 30 min avro, Türkiyəyə isə 25 min avro cərimə kəsib.
Səkkiz komanda – Macarıstan, İsveçrə, Xorvatiya, Albaniya, Polşa, Serbiya, Rumıniya və Belçika azarkeş davranışına görə cərimələnib.
Yalnız Slovakiya və İspaniya cərimələnməyib.