• 10 Mart 2025 00:19

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Uçan maşınların kütləvi istehsalı başlayır – Tarix açıqlandı

ByTürkan Şahverdova

Mar 9, 2025
Another advertisement

Çinin elektrik avtomobil istehsalçısı “Xpeng” 2026-cı ilə qədər uçan avtomobilləri kütləvi istehsal edən dünyada ilk şirkət olmağı planlaşdırır.

QafqazTürk Media xəbər verir ki, bu barədə “Sinxua” şirkətin baş direktoruna istinadla məlumat yayıb.

Bildirilib ki, şirkət Çində aşağı hündürlükdə uçuş strukturunu inkişaf etdirmək üçün oxşar planlar hazırlayır.

Çinin bu həftə dərc olunmuş 2025-ci il İqtisadi və Sosial İnkişaf Planına əsasən, bu il ölkə hakimiyyəti alçaq hündürlükdə uçan təyyarələrin istifadə dairəsini genişləndirməyi planlaşdırır.

“Xpeng” uçan avtomobil zavodunun tikintisini 2025-ci ilin üçüncü rübündə başa çatdırmağı hədəfləyir.