This is a specific ad

Üç böyük ziyalımız “Qızıl Qələm”ə layiq görülüb

55

Another advertisement

Əməkdar müəllimə və şairə, QafqazTürk.com xəbər portalının əməkdaşı Fatma Əliyeva Aslan, “Çənlibel” qəzetinin yaradıcısı və baş redaktoru, GAK-ın Qardabani-Təzəkənd üzrə təmsilçisi Əbdüləli İbrahimsoy və Gürcüstan Azərbaycanlıları Konqresinin mətbuat xidmətinin müavini Nadir Bayramov “Qızıl qələm” mükafatına layiq görülüblər.

QafqazTürk.com xəbər verir ki, bu barədə “XXI əsrin ziyalıları” cəmiyyətinin, “Ziya” İnformasiya Mərkəzinin və “Zim,az” saytının təsisçisi və baş redaktoru, “Mədəd Çobanov” fondunun təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı şəxsi sosial şəbəkə hesabında yazıb.

“Azərbaycan Kütləvi İnformasiya İşçilərinin Həmkarlar İttifaqının (AzKiViHi-nin) Rəyasət Heyətinin 30.03.2023-cü il tarixli iclasının qərarı ilə Gürcüstanda yaşayıb-yaradan daha üç nəfər qələm dostumuz, dəyərli ziyalımız, vətənpərvər və yurdsevər həmkarımız – “Çənlibel” qəzetinin yaradıcısı və baş redaktoru Əbdüləli İbrahimsoy, tanınmış jurnalist, Gürcüstan Azərbaycanlıları Konqresinin mətbuat xidməti rəhbərinin müavini Nadir Bayramov və tanınmış müəllim və istedadlı şairə Fatma Əliyeva Aslan məhz bizim təqdimatımız əsasında son dövrdə “ZiM.Az” və “Zirve.info” saytlarında dərc olunmuş əsərlərinə görə “QIZIL QƏLƏM” Mükafatına layiq görülüblər.
Laureatları ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!”
.

Biz də QafqazTürk.com olaraq laureatları səmimi qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Sonrakı yazı
Tarixdə ilk dəfə alimlər Marsın nüvəsinin nədən ibarət olduğunu öyrəndilər
Öncəki yazı
IRI – Əgər gələn şənbə günü parlament seçkiləri keçirilsəydi, sorğuda iştirak edənlərin 19 faizi “Gürcü arzusu”na, 14 faizi isə Milli Hərəkata səs verəcəkdi