“Tələbələr rus rejiminə qarşı!”-Gənclər parlamentə doğru irəliləyirlər

0

Tbilisi Dövlət Universitetinin birinci korpusu yaxınlığında “Tələbələr rus  rejiminə qarşı!” etiraz aksiyası başlayıb. Tələbələr “Gürcü arzusu”nun təşəbbüsü ilə irəli sürülən rus  qanununa etiraz edirlər.

QafqazTürk.com xəbər verir ki,mitinq iştirakçıları TDU-ya bitişik ərazidən Parlamentə doğru hərəkət edirlər. Onların əsas mesajı “Rus qanununa yox, Avropaya!”dır.

Bundan başqa, TDU tələbələri İrakli Kobaxidzeni öz universitetlərində mühazirə oxumaq hüququndan məhrum etmək üçün imza toplamağa başlayıblar.

“Tbilisi Dövlət Universitetinin tələbələri imza toplamağa başlayır və biz petisiya yaradacağıq. Bizim məqsədimiz və tələbimiz o olacaq ki, İrakli Kobaxidze daha TDU-da işini davam etdirməsin. Onun tələbələrlə təmasda olmağa mənəvi və hüquqi haqqı yoxdur. Biz hökumətin həyata keçirdiyi Rusiyayönümlü siyasəti görürük. Başa düşürük ki, universitetin rektoru Jaba Samuşia bütün bunları nəzərə almayacaq, lakin ictimaiyyətə çatdırmaq niyyətindəyik ki, TDU tələbələri İrakli Kobaxidzenin onun işini davam etdirməsini istəmirlər”, – deyə tələbələr bildiriblər.

Tələbələrin aksiyasına məşhur gürcü tarixçisi Yulon Qaqoşidze də qoşulub.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
Prezident İlham Əliyev Rusiyada səfərdədir
Öncəki yazı
Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb