This is a specific ad

“Təhsil müəssisələrinin siyasiləşdirilməsi yolverilməzdir”-Aleksandre Tsuladze

45

Another advertisement

“Təhsil müəssisələrinin siyasiləşdirilməsi yolverilməzdir – biz onları təhsil proseslərini dərhal bərpa etməyə və öhdəliklərini yerinə yetirməyə davam etməyə çağırırıq”.

QafqazTürk Media xəbər verir ki, bu barədə təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze hökumətin iclası başa çatdıqdan sonra jurnalistlərə bildirib.

Onun fikrincə, dövlətin borcudur ki, təhsil müəssisələrinə nə onların tərəfdən, nə də rəqiblərindən siyasət yeritməsin.

“Təhsil, elm və gənclər naziri kimi mənim üçün təhsil müəssisələrinin siyasiləşdirilməsi yolverilməzdir. Biz dövlət olaraq təmin etməliyik ki, siyasət təhsil ocaqlarına  daxil olmasın, təhsili qorumaq bizim borcumuzdur ki. Odur ki, icazə prosesində və onlarla bağlanmış müqavilələrdə nəzərdə tutulduğu kimi, tədris prosesinin rəvan getməsini təmin etmək həm bizim, həm də təhsil müəssisələrinin, məktəblərin və universitetlərin öhdəliyidir. Təhsil müəssisələri, məktəblər və universitetlər, məhz bu prosesin rəvan getməsini təmin etmələri lazım olduğu üçün maliyyə vəsaiti alırlar. Mənim şəxsi fikrim budur ki, bu prosesin gecikdirilməsi  öhdəliyin pozulmasıdır və bu, bizim tərəfimizdən təsdiqlənməyəcək, əksinə, biz onları tədris proseslərini dərhal bərpa etməyə və yenə də tələb olunduğu kimi öz öhdəliklərini yerinə yetirməyə davam etməyə çağırırıq.”- Aleksandr Tsuladze bildirib.

Sonrakı yazı
საქართველოში ჰაერის ტემპერატურა +17 გრადუსამდე მოიმატებს – ამინდის განახლებული პროგნოზი
Öncəki yazı
“Ötən gün və gecə ərzində mitinqlərdən 37 nəfər klinikalara yerləşdirilib”-Mixail Sarjveladze