This is a specific ad

Təbiətin dostu olmaq istəyirsənsə, 3R prinsipini həyatının ayrılmaz hissəsi et!

48

Another advertisement

3R qaydası ingilis dilində “Reduce, Reuse və Recycle” sözlərinin abbreviaturasıdır və Azərbaycan dilinə azaltmaq, təkrar istifadə etmək və təkrar emal etmək kimi tərcümə edilən ekoloji siyasət təklifidir.

Biz 3R prinispini gündəlik həyatımızın bir hissəsi etməklə, tullantıları azalda və bir vətəndaş kimi ətraf mühitin mühafizəsində mühüm rol oynaya bilərik. Bəs necə?

1) Azaltmaq (Reduce) – Gündəlik həyatınızda yaranan tullantıların miqdarını azaltmaq üçün sərvətləri ehtiyatla istifadə etməyi nəzərdə tutur. Məsələn, siz su içmək üçün plastmas su qabı əvəzinə çox müddətli dəmir su qablarından istifadə edə bilərsiniz.

2) Yenidən istifadə etmək (Reuse) – hələ də faydalı cəhətləri olan əşyaların təkrar istifadəsini nəzərdə tutur. Məsələn, siz parça və çox müddətli istifadə edilə bilən salafanları hər dəfə mağazdadan produkt alarkən özünüzlə götürə bilərsiniz və bununla da mağazadan ətraf mühitin çirklənməsininin ən birinci mənbəyi olan polietilen salafanlarına qarşı olacaqsınız.

3) Təkrar emal (Recycle) – Tullantıların özünün resurs kimi istifadəsi deməkdir. Məsələn, biz gündəlik həyatda yaranan plastmas su qablarını plastmasları emal edən zavodlara verməklə, tullantıların yenidən emalına nail ola bilərik.

🌟Unutmayaq ki, biz tullantıların minimuma endirilməsinə 3R-dən istifadə etməklə ətraf mühitdə olan təbii sərvətlərin səmərəli şəkildə istifadəsində nail ola və gələcək nəsil üçün təmiz Yer kürəsi saxlaya bilərik!

▶️Qeyd edək ki, məlumatlandırıcı poster “3R Marneuli:Yaşıl Düşün” layihəsi çərçivəsində hazırlanmışdır. Layihə təşəbbüs qrupu “Yaşıl Düşüncə” tərəfindən Taso fondunun maliyyə dəstəyi ilə həyata keçrilir.

Sonrakı yazı
საქართველოს აზერბაიჯანელთა კონგრესის განცხადება
Öncəki yazı
Şovidə təbii fəlakət nəticəsində ölənlərin sayı artıb – YENİLƏNİB