Twitter dramının finalı: Mask 128 milyon dollarlıq razılaşma ilə məhkəmədən xilas oldu

79

İlon Mask və X (əvvəlki Twitter) şirkətinin keçmiş rəhbərləri kompensasiya məsələsində razılığa gəliblər — Mask onlara 128 milyon dollar ödəyəcək.

Keçmiş menecerlər bildirirdilər ki, Mask onlara qanunla nəzərdə tutulmuş ödənişi intiqam məqsədilə verməmişdi, o, 2022-ci ildə şirkəti aldıqdan sonra rəhbər heyəti dəyişmişdi.

Məhkəmə barışıq razılaşmasını təsdiqləyib, bununla da Mask məhkəmədə ifadə verməkdən yayınmış olub.

Xatırladaq ki, milyarder İlon Mask 2022-ci ildə Twitter-i 44 milyard dollara almışdı və dərhal şirkətin ali rəhbərliyini – o cümlədən icraçı direktoru, maliyyə direktorunu və hüquq şöbəsinin rəhbərini işdən çıxarmışdı.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Zavodda partlayış baş verib: Həlak olanlar var
Öncəki yazı
“HƏMAS” Qəzza sülh sazişinin rəsmi imzalanma mərasimində iştirak etməyəcək