This is a specific ad

Türkmənistan Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqlədi

108

Another advertisement

Türkmənistan parlamenti “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”i ratifikasiya edib.

QafqazTürk.com xəbər verir ki, bu barədə “Neytral Türkmənistan” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, sənəd Türkmənistanın 7-ci çağırış parlamentinin ikinci iclasında ratifikasiya edilib.

“Üçtərəfli sazişin əsas məqsədi dostluq münasibətlərini möhkəmləndirmək, qarşılıqlı faydalı ticarət-iqtisadi

əlaqələri inkişaf etdirmək və intensivləşdirməkdir”, – “Neytral Türkmənistan” nəşrində vurğulanıb.

Bildirilib ki, enerji, kənd təsərrüfatı, qida və kimya sənayesi, nəqliyyat və logistika sahələrində Bakı və Ankara ilə uzunmüddətli əməkdaşlıq Aşqabad üçün faydalıdır.

Bu saziş qarşılıqlı maraq doğuran məsələlər üzrə yeni əməkdaşlıq sahələrinin açılmasına töhfə verəcək.

Kateqoriya: Dünya
Sonrakı yazı
Rusiyadan Türkiyəyə qaz nəqli müvəqqəti dayandırılır
Öncəki yazı
Bu insanlarda daha çox D vitamini çatışmazlığı olur