Türkiyəyə uçan sərnişinlər, təhlükəsizlik kəməri işarəsi açılmadan oturacaqlarını tərk edərlərsə, cərimələnəcəklər.
QafqazTürk Media xəbər verir ki, belə bir tədbir sərnişinlərin şikayətləri səbəbindən həyata keçirilib.
Tənzimləyici bildirir ki, belə hadisələrin sayında ciddi artım müşahidə olunur, bir çox sərnişin təyyarə tam dayanmamış ayağa qalxır, eləcə də baqajlarını götürür, bu da ətrafdakıların narahatlığına səbəb olur.
Yeni təlimata əsasən, Türkiyəyə uçan bütün kommersiya reyslərində qaydalarda dəyişikliklə bağlı elan verilməlidir və qaydalara əməl etməyən sərnişinlərin kimliyi müvafiq orqanlara çatdırılacaq.
Yeni qaydalar artıq qüvvədədir. Türkiyə mətbuatı xəbər verir ki, cərimə 70 dollardır.