This is a specific ad

Bu gün Türkiyənin zəfər bayramı günüdür

297

Another advertisement

Zəfər Bayramın mübarək, Türkiyə!
Bu gün – avqustun 30-u qardaş Türkiyə Respublikası tarixinin ən önəmli günlərindən biridir. Zəfər bayramıdır!
Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media ailəsi olaraq, qardaş Türkiyə xalqını Zəfər bayramı münasibətilə təbrik edirik!
Xatırladırıq ki, 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini işğaldan azad edib.
1921-ci ildə qalibiyyətlə başa çatan Sakarya savaşı türk ordusunun zəfərinin təməlini qoymuş və bu qələbə əzmini nümayiş etdirmişdi. 1922-ci ilin avqustundakı “Böyük Taarruz” (“Böyük Hücum”) zəfərinin təməli də Sakarya savaşında qoyulmuşdu.
Bir il sonra, 1923-cü il oktyabrın 29-da isə Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətini elan etmişdi.

Kateqoriya: Cəmiyyət, Dünya
Sonrakı yazı
Kamçatkada Rusiyaya məxsus helikopter yoxa çıxıb
Öncəki yazı
İspaniyada ənənəvi “pomidor döyüşü” baş tutub – FOTO